Əhalinin gəlirləri 8,7 faiz artıb

Əhalinin gəlirləri 8,7 faiz artıb
  16 Noyabr 2016    Oxunub:2002
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 36635,8 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3804,5 manat təşkil edərək ötən ilə nisbətən 7,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,9 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,4 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 33308,0 milyon manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti