ABŞ-da $900 milyardlıq nəhəng neft yatağı aşkarlandı

ABŞ-da $900 milyardlıq nəhəng neft yatağı aşkarlandı
  17 Noyabr 2016    Oxunub:5877
Texas ştatında ABŞ tarixinin ən böyük neft hövzəsi aşkarlanıb. Onun hasil edilə bilinəcək ehtiyatları 20 milyard barrel neft və 16 trilyon kubmetr qaz həcmindədir.

AzVision.az xəbər verir ki, “Bloomberg” bu ehtiyatların $900 milyard dəyərində olduğunu yazıb.

- Bu, bizim indiyə qədər gördüyümüz ən nəhəng neft yatağıdır. Demək, milyardlarla barrel neftin çıxarıldığı bölgələrdə hələ bundan sonra da milyardlarla barrel neft hasil etmək olar,- bu sözləri ABŞ-ın enerji resursları proqramının koordinatoru Uolter Hidroş deyib.

Qeyd edək ki, Texac ştatının Perm yatağında ilk neft ötən əsrin 20-ci illərində çıxarılıb. “Pioneer Natural Resources Co” şirkəti hesab edir ki, hazırda bu yataq Səudiyyə Ərəbistanındakı Havar neft yatağından sonra ikinci ən böyük ehtiyatlara malikdir.

İndiki məqamda bu hadisə neftin qiymətlərinin aşağı həddə qalmasına və bir qədər də ucuzlaşmasına gətirib çıxara bilər.

Tariyel

AzVision.az


Teqlər:





Xəbər lenti