`Əslində, bizdə iqtisadiyyat yoxdur` - Latviya prezidenti

`Əslində, bizdə iqtisadiyyat yoxdur` - Latviya prezidenti
  17 Noyabr 2016    Oxunub:1611
Latviyanın öz iqtisadiyyatı yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Latviya prezidenti Raymond Veyonis “Diena” nəşrinə müsahibəsində bildirib.

“Avropa Birliyi fondlarının mənimsənməsi dayanan kimi, bizdə birdən-birə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə aşağı düşür.Bu o anlama gəlir ki, əslində ölkəmizin iqtisadiyyatı yoxdur.”, - deyə ölkə başçısı vurğulayıb.

O, həmçinin etiraf edib ki, 25 il müstəqillik ərzində Latviya bir çox problemləri həll edə bilməyib: “Xeyli problemlər var. Məsələn, tibb və təhsil. Dövlət büdcəsinin effektiv idarə olunması üzə dövlət satınalmalarından danışıb, hazırda inyeksiyalara əsaslanan iqtisadiyyat haqqında düşünmək lazımdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti