AYAFE `Könüllülük Forumları”na start verdi

AYAFE `Könüllülük Forumları”na start verdi
  21 Noyabr 2016    Oxunub:3249
Avropanın Gənc Azərbaycanlı Dostları İctimai Birliyi (AYAFE) gənclər təşkilatı "Gənclərin Könüllülük Forumları: Beynəlxalq Təcrübə Qazan!" adlı silsilə tədbirlərə start verib.

Layihə çərçivəsində ilk tədbir 15 noyabr 2016-cı il tarixində Azərbaycan Universitetində, ikinci tədbir isə 18 noyabr tarixində Azərbaycan Turizm və Menecment Universitetində keçirilmişdir. Əsas məqsədi gəncləri könüllülüyə və ictimai fəaliyyətə təşviq etmək olan bu Forumlarda tələbələrə könüllü fəaliyyət, gənclər siyasəti, gənclərin beynəlxalq təcrübə proqramları və iş düşərgələri, beynəlxalq könüllülük təcrübəsinin gənclərin fərdi inkişafında və gələcək karyerasında rolu haqqında ətraflı məlumat verilmişdir.



Bu silsilə tədbirlər çərçivəsində ölkəmizin müxtəlif bölgələrində yerləşən ən azı 20 ali təhsil müəssisəsində gənclərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlərin yekunu olaraq 2017-ci ilin noyabr ayında AYAFE-nin 20 illiyinə həsr olunmuş Beynəlxalq Forum təşkil olunacaq.

AYAFE 1997-ci ildə Azərbaycanda yaradılmış ilk könüllü gənclər təşkilatıdır. Müxtəlif beynəlxalq təşkilat, qurum və proqramların Azərbaycanda təmsilçisi və tərəfdaşıdır. Ötən dövr ərzində çoxsaylı yerli və beynəlxalq layihənin təşkilatçısı və tərəfdaşı olub.





Teqlər:





Xəbər lenti