Maşın bazarında durğunluq yaşanır

Maşın bazarında durğunluq yaşanır
  24 Noyabr 2016    Oxunub:4921
“Hazırda Azərbaycanın mаşın bazarlarında durğunluq müşahidə olunur. Köhnə avtomobillərdə qiymət artımı qeydə alınsa da, ümumilikdə alqı-satqı faizi aşağıdır”
Bunu AzVision.az-a ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, dolların bahalaşması digər sahələrdə olduğu kimi maşın bazarında da ciddi təsir göstərir:

“Digər bazarlardan fərqli olaraq maşın bazarında sövdələşmələr əsasən dollarla həyata keçirilir. Xırda və orta sahibkarlar aldıqları nəqliyyat vasitələrini daha çox dolların kursuna uyğun satışa çıxarırlar. Bu səbəbdən getdikcə maşın bazarında stabillik müşahidə olunur. Qarşıdakı aylarda avtomobil bazarında qiymət azalmaları ola bilər. Hazırda isə durğunluq hiss olunur”.

Qeyd edək ki, dolların manata nisbətən bahalaşması 2-ci əl avtomobil bazarında durğunluğa səbəbə olub. Daxili bazarda alqı-satqı demək olar ki, yox dərəcəsindədir.

Avtomobil satıcıları deyir ki, əvvəllər az da olsa, alıcı tapılırdı. Son günlərdə bir nəfər də olsun avtomobil alan yoxdur.

Badamdar avtomobil bazarının iştirakçıları bildirirlər ki, təkrar devalvasiyadan sonra bir avtomobil də satılmayıb. Onların sözlərinə görə, onsuzda az olan satışlar hazırda sıfır səviyyəsinə düşüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti