`Qarabağ bizim sağalmaz yaramızdır` - Türkiyə səfiri

`Qarabağ bizim sağalmaz yaramızdır` - Türkiyə səfiri
  24 Noyabr 2016    Oxunub:1554
"Azərbaycan və Türkiyənin sağalmaz yarası Dağlıq Qarabağ münaqişəsidir. Bu münasiqə həll olunmadıqca, qardaşımıza qarşı haqsızlıq getdikcə artır".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib.

Səfir bildirib ki, Ermənistan tərəfindən problemin həllinə dair haqsızlıqların artması problemin həllinə başlıca maneədir: “Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi olduqca vacibdir”.

E.Özoral qeyd edib ki, Türkiyə müstəqillik əldə etmiş türkdilli ölkələrin beynəlxalq aləmdə layiqli yer tutması üçün əlindən gələni edib. O, əlavə edib ki, bu gün Türkiyə türkdilli ölkələrin hazırkı səviyyəyə çatmasından çox böyük qurur duyur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti