Elman Rüstəmov: `Neftin qiyməti 30-40 dollar artsa, yaxşı olar`

Elman Rüstəmov: `Neftin qiyməti 30-40 dollar artsa, yaxşı olar`
  30 Noyabr 2016    Oxunub:5374
“Neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir. Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti əsas makroiqtisadi göstəricilərdəndir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 mlrd. dollar gəlir, yaxud 10 dollar düşməsi 1,7 mlrd. dollar itki deməkdir: “Azərbaycan hökumətinin itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var ki, buna diqqət vermədən bütövlükdə öz siyasətini formalaşdırsın. Təbii ki, gəlirlərin artması bizim üçün çox önəmlidir. Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar. Hətta yüksək neft qiymətləri olsa belə, artıq post-neft erası, yeni iqtisadi modelə keçid əsas məqsəddir. Yəni, qiymətlər yüksək olsa da, bundan öncəki 10 ilin iqtisadi modelinə qayıdış olmamalıdır. Çünki dünyada yeni çağırışlar var və biz bunu nəzərə almalıyıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti