`Brent` neftinin qiyməti 51 dolları ötüb

`Brent` neftinin qiyməti 51 dolları ötüb
  30 Noyabr 2016    Oxunub:1340
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Muhammed Barkindonun açıqlamasından sonra Dünya bazarında “Brent” markalı neftin qiyməti bu gün 8,5% artaraq 51,4 dollar/barelə çatıb.
AzVision.az xəbər verir ki, neft hasilatının azaldılmasına qarşı çıxan İran və İraq da Vyana sammiti öncəsi hasilatın dondurulması ilə bağlı nikbin açıqlamalar verib.

Səudiyyə Ərəbistanının enerji naziri Xalid Al-Falih isə razılaşmaya yaxın olduqlarını bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti