Putin neftə görə şiələrlə sünniləri barışdırdı

Putin neftə görə şiələrlə sünniləri barışdırdı
  02 Dekabr 2016    Oxunub:7584
Rusiya prezidenti Vladimir Putin regional rəqiblər olan İran və Səudiyyə Ərəbistanının OPEC-in neft hasilatının aşağı salınması üzrə razılığa gəlməsində həlledici rol oynayıb.

AzVision.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik vurğulayıb ki, Putin Səudiyyə Ərəbistanı taxtının varisi Məhəmməd bin Salman və İranın Ali dini lideri Əli Xamanei noyabrın 30-da OPEC-in görüşündən bir gün əvvəl neft hasilatı ilə bağlı danışıqlar aparıb. Rusiya lideri tərəflər arasında vasitəçi kimi çıxış edib. Dünya KİV-ləri Putinin vasitəçilik missiyasını şiələrlə sünnilərin barışığı kimi qiymətləndirir.

“Reuters” vurğulayır ki, bu fakt Rusiyanın Suriya münaqişəsinə müdaxilə etmək qərarından sonra onun Yaxın Şərqdə nüfuzunun artmasının göstəricisidir.

Qeyd edək ki, noyabrın 30-da Vyanada keçirilən OPEC-in sammitində təşkilata daxil olan ölkələr ümumi neft hasilatının azaldılması barədə qərar qəbul edib. Məlumata əsasən OPEC ölkələri hasilatı sutkalıq 1,2 milyon barel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 milyon barelə qədər enəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti