Neftin qiyməti 65 dollara qədər arta bilər

Neftin qiyməti 65 dollara qədər arta bilər
  12 Dekabr 2016    Oxunub:2328
Vyanada neft hasilatının azaldılmasına dair razılaşma əldə olunandan sonra dünyada neftin qiymətləri artaraq bir barrel üçün 65 dollara çata bilər.
Bunu “Finam” şirkətlər qrupunun analitiki Boqdan Zvariç deyib. Onun sözlərinə görə, sonradan ABŞ-da şist nefti istehsalının bərpası nəticəsində qiymətlər bir barrel üçün 52,5-57,5 dollar səviyyəsində sabitləşə bilər.

Xatırladaq ki, Vyanada OPEC ölkələri ilə bu quruma daxil olmayan hasilatçı ölkələrin nümayəndələrinin görüşü keçirilib. OPEC üzvü olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. Azaltma yanvar ayından başlanacaq. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.

OPEC ölkələri isə noyabrın 30-da keçirilən iclasda öz gündəlik hasilatını 1,2 milyon barrel azaldaraq 32, 5 milyon barrelə çatdırmaq barədə razılıq əldə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti