Gömrük Komitəsi büdcəyə ödənişləri artırıb

Gömrük Komitəsi büdcəyə ödənişləri artırıb
  13 Dekabr 2016    Oxunub:1538
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə bu ilin noyabr ayında dövlət büdcəsinə 219 milyon 616 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 87 milyon 34 min manat, yaxud 65,65% çoxdur.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24 milyon 791 min manat, yaxud 86,85% artaraq 53 milyon 337 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 60 milyon 967 min manat, yaxud 62,48% artaraq 158 milyon 553 min manat, aksizlər üzrə 2,83 min manat, yaxud 0,06% artaraq 5 milyon 37 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 milyon 272 min manat və ya 89,91% artaraq 2 milyon 687 min manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti