Bu gün dolların taleyi həll olunur

Bu gün dolların taleyi həll olunur
  13 Dekabr 2016    Oxunub:12938
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) növbəti iclası baş tutacaq.
AzVision.az xəbər verir ki, iki gün davam edəcək iclasda uçot dərəcəsinin artırılması məsələsi müzakirə olunacaq. "FedWatch" proqramının məlumatlarına əsasən, FED-in bu il üzrə son iclasında uçot dərəcəsinin artırılması ehtimalı 97%-dir.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iclasında uçot dərəcəsinin artırılması ehtimalı olduqca yüksəkdir. Belə ki, iclasdan öncə ABŞ rəsmilərinin çıxışları bunu deməyə əsas verir.

Bundan başqa analitiklər noyabr ayında uçot dərəcəsinin artırılmayacağına işarə edirdi və elə də oldu. Səbəb aydın idi - qarşıdan prezident seçkiləri gəlirdi. Lakin seçkilərdən sonra proseslər tam fərqli məcrada cərəyan edir. Buna görə, dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı ən yüksək həddə çatıb.

Eyni zamanda birjalarda FED-in bu gün keçiriləcək iclasında uçot dərəcəsinin artırılması ehtimalı 96 faizədək artıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti