Vergi Məcəlləsinə 200-dan çox dəyişiklik ediləcək

Vergi Məcəlləsinə 200-dan çox dəyişiklik ediləcək
  14 Dekabr 2016    Oxunub:1681
“Vergi Məcəlləsinə 201 dəyişiklik nəzərdə tutulur. Bura 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi daxildir”.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında vergilər naziri Fazil Məmmədov deyib.

Nazir bildirib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması ilə bağlıdır:

“Həmçinin qanun layihələri elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti