GUAM baş nazirlərinin görüşü keçirilə bilər

GUAM baş nazirlərinin görüşü keçirilə bilər
  15 Dekabr 2016    Oxunub:1656
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (GUAM) nəqliyyat sahəsində əməkdaşlıqla bağlı baş nazirlərinin Ukraynada görüşü keçirilə bilər.
AzVision.az xəbər verir ki, bunu GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ölkələrimiz ilk növbədə suverenliyini möhkəmləndirməlidir: “Bilirsiz ki, bəzi ölkələr, o cümlədən Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşir. Təhlükəsizlik məsələləri GUAM ölkələrinin rəhbərlərinin bəyanatlarında əksini tapıb. Düşünürəm ki, Azərbaycanın və digər ölkələrin ərazi bütövlüyü bərpa edilməlidir”.

E.Məmmədyarov qeyd edib ki, GUAM ölkələri iqtisadi potensialını inkişaf etdirilməlidir: “GUAM ölkələrinin yerləşdiyi coğrafiya imkan verir ki, nəqliyyat potensialından da istifadə edək. Biz bununla Avropa ilə Asiyanı birləşdirə bilərik. Bunun üçün ölkələrin sərhədləri yüksək səviyyədə qorunmalıdır. Yəni, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Nəqliyyat sahəsində əməkdaşlıqla bağlı baş nazirlərin Ukraynada görüşü keçirilə bilər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti