Müdafiə sənayesi ilə bağlı mühüm yenilik

Müdafiə sənayesi ilə bağlı mühüm yenilik
  20 Dekabr 2016    Oxunub:2625
Qlobal dəyər zəncirində iştirak üçün Azərbaycanda ağır sənaye və maşınqayırma sektoruna investisiyaların stimullaşdırılmasının 4 istiqaməti müəyyənləşdiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilib. Qeyd olunub ki, kapital və digər maliyyə stimulları veriləcək, sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalar cəlb ediləcək, yerli müəssisələr rəqabətli qiymətlərlə əsas materiallarla təmin ediləcək, müxtəlif vergi güzəştləri tətbiq ediləcək.

Xəritədə əksini tapan müddəalara görə, yüksək gəlir gətirən sahələrə investisiya qoyuluşu nəticəsində uzunmüddətli perspektivdə resurstutumlu əmtəə istehsalından innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalına keçid təmin olunacaq. Qeyd edilən uzunmüddətli məqsədlərin dayanıqlılığı üçün yüksəkixtisaslı işçi qüvvəsinin hazırlanması təmin ediləcək. Qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək və Azərbaycan yüksəksəviyyəli peşə təhsili müəssisələrinə malik region ölkəsinə çevriləcək.

Bildirilib ki, ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələn növbəti addımlar planlaşdırılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti