Bakıda Türkdilli Dövlətlərin nazirləri görüşəcək

Bakıda Türkdilli Dövlətlərin nazirləri görüşəcək
  20 Dekabr 2016    Oxunub:1314
Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləşdirilməsi imkanları müzakirə ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti