“Mən onun seçiminə hörmətlə yanaşıram”

“Mən onun seçiminə hörmətlə yanaşıram”
  25 Avqust 2013    Oxunub:1037
Milli Şuranın ehtiyat vahid namizədi, tarixçi alim Cəmil Həsənli sabiq nazir Fərhad Əliyevin dünən yaydığı açıqlamasına münasibət bildirib.
Fərhad Əliyev dünən yaydığı açıqlamasında prezident İlham Əliyevi dəstəklədiyini bildirib: “Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram. Bununla belə, prezident seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm”.

Cəmil Həsənli isə, “Azadlıq” radiosuna müsahibəsində Fərhad Əliyevin seçiminə münasibət bildirərkən deyib: “Mən onun seçiminə hörmətlə yanaşıram”.

AzVision.az



Teqlər:  





Xəbər lenti