`El` dağılır
EL-in Xızı rayon təşkilatının sədri İlham Şahverdiyev də Eldar Namazovun yürütdüyü “yanlış və zərərli siyasətə qarşı olduqlarını, İlham Əliyevin namizədliyini dəstəklədiklərini” bildirib. Xızı rayon təşkilatının üzvləri bəyanat verərək tam heyətlə EL-dən çıxdıqlarını elan ediblər.
Qeyd edək ki, bundan əvvəl də EL-in Qobustan, Şamaxı, Mingəçevir və Ağdaş rayon təşkilatlarıda bəyanat verərək qurumu tərk etmişdilər. Bununla da artıq ilmə-ilmə sökülən EL Hərəkatı və Eldar Namazov növbəti zərbəni alıblar.(virtualaz)