Bu gün Müsavat Partiyasının Divanın toplantısında partiya sədri İsa Qəmbər prezidentliyə namizədliyini geri götürüb.
AzVision.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Məluamtda deyilir: “ Divan partiyanın son Məclisinin ona verdiyi səlahiyyətlərə əsaslanaraq, Milli Şuranın prezident seçkilərində vahid namizədlə iştirak etməsinin məqsədəuyğunluğunu və İsa Qəmbərin təklifini nəzərə alaraq növbəti Prezident seçkilərində Cəmil Həsənlinin namizədliyini müdafiə etmək, bütün partiya strukturlarının, o cümlədən partiyanın Mərkəzi Seçki Qərargahının fəaliyyətini bu istiqamətə yönəltmək barədə qərar qəbul edib. Divan həmçinin bugünə qədər İsa Qəmbərin namizədliyini müdafiə edən partiyalara, içtimai təşkilatlara və ictimai-siyasi xadimlərə təşəkkür etməklə yanaşı, onları Milli Şuranın vahid namizədi Cəmil Həsənlini müdafiə etməyə çağırıb”.