Paytaxtda daha bir yol bağlanır
Uzun müddətdir Həsən Əliyev küçəsində kommunikasiya xətlərinin çəkildiyini deyən P.Mürsəliyev bildirib ki, bu, həmin küçənin əsaslı təmir planının tərkib hissəsidir.
"Azəryolservis" rəsmisi qeyd edib ki, Həsən Əliyev küçəsinin indiyədək təmir edilməməsinin səbəbi əsaslı təmirə hazırlıq olub.
Artıq kommunikasiya xətləri yenilənib və hazırlıqlar başa çatıb. Yaxın günlərdə Həsən Əliyev küçəsində təmir başlayacaq.