Çin Ukrayna torpaqlarının 5 faizini alacaq

Çin Ukrayna torpaqlarının 5 faizini alacaq
  25 Sentyabr 2013    Oxunub:1190
Ukraynadan 3 milyon hektar torpaq almağı planlaşdıran Çin bunun qarşılığında 3 milyard dollar ödəyəcək.
İki ölkə arasında 50 illik razılaşmaya əsasən Ukraynanın əkinçiliyə əlverişli torpaqlarının 7 faizi Çin şirkətlərinin ixtiyarında olacaq. Ukrayna dünyada əkinçiliyə ən yararlı torpaq olan "qara torpağın" 30 faizinə sahibdir. Elə Dnepropetrovski bölgəsində yerləşən ərazi də zəngin taxılçılıq mərkəzi kimi tanınır.

Ukraynada Çin şirkətləri tərəfindən alınan torpaqlar İsrail və Hollandiyanın ərazisindən də böyükdür. Qeyd edək ki, Çin əkinçiliyə yararlı torpaqlarının azlığı və əhalisinin sayı çox olduğundan gələcəkdə qida ehtiyacını təmin etmək üçün başqa ölkələrin ərazilərindən torpaq almağı planlaşdırır. Xatırladaq ki, Ukrayna torpaqlarına ərəb ölkələri də maraq göstərir. Bir vaxtlar Liviya da Ukraynadan 250 min hektar ərazi almışdı.


Teqlər:





Xəbər lenti