Suriyanın taleyi bu axşam həll ediləcək

Suriyanın taleyi bu axşam həll ediləcək
  27 Sentyabr 2013    Oxunub:1174
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnaməni bu gün axşam səsverməyə çıxaracaq
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnaməni bu gün axşam səsverməyə çıxaracaq. Sənədin qəbul ediləcəyi gözlənilir. Artıq ABŞ və Rusiya bu qətnamə layihəsi ilə bağlı raızlığa gəlib.
Rusiyanın BMT-ki daimi nümayəndəsi Vitaliy Çurkin bəyan edib ki, BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnaməni bu gün axşam saatlarında səsverməyə çıxaracaq. Lakin bu Haaqadakı kimyəvi silahların qadağan olunması ilə bağlı təşkilat məsələ ilə bağlı qərarını açıqladıqdan sonra mümkün olacaq. Təşkilat Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Con Kerri arasında Suriya ilə bağlı əldə olunan razılaşmanı nəzərdən keçiricək. BMT TŞ-nın daimi üzvləri Suriya ilə bağlı qətnamənin mətni də artıq razılaşdırıb. Bunu isə Sergey Lavrov amerikalı həmkarı ilə görüşündən sonra bildirib. Onun sözlərinə görə, qətnamənin hazırki mətnində Suriyaya hərbi müdaxiləni nəzərdə tutan bənd yoxdur. Lakin münaqişə tərəflərindən hər hansısa əldə olunan razılaşmanın qaydalarını pozarsa o zaman bu variant nəzərdən keçirilə bilər. Ümumilikdə sənəd Dəməşqin kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi ilə bağlı əldə olunan razılaşmanı dəstəkləyir. ABŞ dövlət katibi Con Kerri isə qısa vaxt ərzində Suriya üzrə Cenevrə-2 beynəlxalq konfransının keçirilməsinin vacibliyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti