Dullar üsyan etdi

Dullar üsyan etdi
  30 Sentyabr 2013    Oxunub:1177
Həyat yoldaşı tapa bilməyən nigeriyalı qadınlar etiraz aksiyası keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyanı Zamafara Dullar Dərnəyi Zamafara ştatının paytaxtı Qusau şəhərində keçirib. Aksiya iştirakçıları hökumət binasına doğru yürüş ediblər.

Ailə qura bilməmək bu ştatda yaşayan qadınların əsas problemidir və bu problemdən ən çox dul və boşanmış qadınlar əziyyət çəkir.

Dərnəyin prezidenti Suveyba İsa jurnalsitlərə açıqlamasında deyib ki, 8 min qadın həyat yoldaşı tapmaq üçün dərnəkdən kömək istəyib: “Bu qadınlardan 5 min 380 nəfəri boşanmış, 2 min 200-ü isə duldur. 200 qadın yetim, 80 qadın isə subaydır. Zamafara kimi mühafizəkar yerdə qadınların bu istəklərin açıq-aydın bildirməyi asand eyil. Qadın qürurumuz var, amma narahatlığımızı hökumətə bildirməyin başqa yolu yoxdur. Ana ola biləcək yaşda olan bu qədər qadının evli olmamağı ayıb deyil?”

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti