Moskvada erməni quldur dəstəsi yaxalandı

Moskvada erməni quldur dəstəsi yaxalandı
  30 Sentyabr 2013    Oxunub:1353
Ermənilər Rusiya banklarından milyonlarla rubl oğurlayıblar.


Moskvada ermənilərdən ibarət etnik quldur dəstəsi yaxalanıb. Dəstənin əsasən ofis və bankları yardığı məlum olub. Bu barədə AzVision.az rus mətbuatına istinadən məlumat verir.

Polisin məlumatına görə, saxlanılan dəstənin üzvləri cari ilin fevral ayında Troiski bankına hücum edərək, kassiri silahla hədələyib və təqribən 1.2 milyon rubl oğurlayıblar. İyun ayında isə erməni quldurlar Moskvada bir neçə bakın ofislərinə analoji hücumlar təşkil ediblər. Banklardan birində iki nəfər bank işçisini girov götürərək 1 milyon rubl tələb ediblər.

İnrerfax-ın məlumatına görə, erməni cinayətkarlar Moskvanın Şimal-Qərb vilayətində saxlanılıb. Onların Ermənistanda işsizlik ucbatından Rusiyaya gəldikləri və Moskvada qeydiyyatsız yaşadıqları məlum olub.

Cinayətkarların yaşadıqları yerdə aparılan araşdırmalar nəticəsində oğurluq mallar, o cümlədən 40 mobil telefon və sim-kart, cinayət hadisəsi zamanı istifadə edilən travmatik tapança aşkar edilib.

S. Həsənova


Teqlər:  





Xəbər lenti