Federal idarələr fəaliyyətini dayandırdı

Federal idarələr fəaliyyətini dayandırdı
  01 Oktyabr 2013    Oxunub:1092
ABŞ-ın federal idarələri büdcə qanunu layihəsinə görə fəaliyyətini dayandırıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası növbəti il üçün büdcə layihəsini qəbul etməkdən imtina edib. Buna görə də hökumət federal müəssisələri qismən bağlamağa başlayıb.

ABŞ prezidenti Barak Obama həmin məsələ üzərində işləyəcəyini bildirib. Obama vurğulayıb ki, ordu işini davam etdirməlidir, amma dövlət qulluqçularının çoxu ödənilməmiş məzuniyyətə getməli olacaq. Artıq 700 mindən çox dövlət qulluqçusu ödənilməmiş məzuniyyətə çıxıb, onların yenidən işə qəbul edilməsinə zəmanət verilmir. Qeyd edək ki, ABŞ senatı Nümayəndələr Palatasının büdcə qanunu layihəsini qəbul etməkdən bir neçə dəfə imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti