Ruhani ABŞ-a birbaşa aviareyslər təklif etdi

Ruhani ABŞ-a birbaşa aviareyslər təklif etdi
  01 Oktyabr 2013    Oxunub:1201
İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları ilə münasibətləri normallaşdırmaqda israrlı olduğunu bir daha əyani sübut edib.
34 illik fasilədən sonra ilk dəfə amerikalı həmkarı Barak Obama ilə telefonla danışan dövlət başçısı daha bir təkliflə çıxış edib. Ölkənin avia şirkət rəhbərlərini bir araya gətirən prezident bu dəfə onlara ABŞ-a birbaşa aviareyslər açmağı təklif edib. O, bildirib ki, şirkət rəhbərləri yaxın günlərdə birbaşa reysin bütün detallarını hökumətə təqdim etməlidir.

Lakin Ruhanin bu təklifi İranda heç də birmənalı qarşılanmayıb. Bəzi qüvvələr, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, Ruhaninin təklifi onları razı salmayıb. Amerikanı "şeytan yuvası" adlandıran komandanlar Obama ilə sentyabrın 28-də baş tutan telefon danışığını da separatçılıq kimi dəyərləndiriblər. Xatırladaq ki, bu telefon danışığına görə, Ruhani ölkəsində yumurta atəşinə tutulmuşdu. Ona ayaqqabı atanlar da olmuşdu.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti