BMT müşahidəçiləri Suriya tərk etdi

BMT müşahidəçiləri Suriya tərk etdi
  01 Oktyabr 2013    Oxunub:1278
Suriyada iki ildən artıq davam edən vətəndaş müharibəsinin davam etdiyi bir vaxtda bombardmanlardan sağ çıxan dinc insanlar yeni fəlakətlə üz-üzə qalıb.
İnsan haqları üzrə beynəlxalq təşkilatın məlumatlarına görə hələ də ölkə ərazisini tərk edə bilməyən əhali aclıqdan əziyyət çəkir. Məlumatda qeyd olunur ki, paytaxt Dəməşq yaxınlığında yerləşən insan düşərgələrində aralarında çox sayda uşaq olmaqla insan cəsədlərinə rast gəlinib.

Buna səbəbə isə uşaqların kifayət qədər qida tapmamasi və tibbi ləvazimatlarla təhciz edilməməsidir. Bu arada Suriyada kimyəvi silahdan istifadə hallarını araşdıran BMT-nin nümayəndə heyəti ölkəni tərk edib. Kütləvi qırğın silahından istifadə ilə bağlı 7 halın aşkarlandığını bildirən heyət üzvləri də özlərindən əvvəlki qrupdan fərqli faktlar ortaya qoymayıb.

Onlar da bildirib ki, zarin qazı istifadə edilməklə kimyəvi silah tətbiq edilib. Bununla belə bu silahdan kimin istifadə edildiyinə aydınlıq gətirilməyib. Onların ardınca isə Suriyaya kimyəvi silahların məhvi ilə məşğul olacaq yeni heyətin gələcəyi gözlənilir.



Teqlər:  





Xəbər lenti