İranlı turistlərə qadağa

İranlı turistlərə qadağa
  02 Oktyabr 2013    Oxunub:940
Misir İrandan gələn turistləri qəbul etməyəcək
Qahirə təhlükəsizlik baxımından Tehranla turizm sahəsində əməkdaşlığı dayandırmağa qərar verib. AzVision.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə oktyabrın 1-də yerli mətbuata Misirin turizm naziri Hişam Zaazu açıqlama verib.

“Yaranmış vəziyyət bizə iranlı turistləri qəbul etməyə imkan vermir. Məsələ Nazirlər Kabinetindən yeni təlimat təqdim olunanadək dondurulub”, deyə o bəyan edib.

Turizm naziri qeyd edib ki, qərar milli təhlükəsizlik baxımından verilib. Lakin Zaazu bəyanata ətraflı şərh verməkdən boyun qaçırıb: “Mənim fikrimcə, iranlı turistlər digər əcnəbi turistlərdən heç nə ilə fərqlənmir”.


Teqlər:





Xəbər lenti