“Milyarderlər İttifaqı”nın üzvü İlham Əliyevi dəstəklədi

“Milyarderlər İttifaqı”nın üzvü İlham Əliyevi dəstəklədi
  02 Oktyabr 2013    Oxunub:1100
Dağıstan prezidenti, Azərbaycanın Rusiyadakı “Milyarderlər İttifaqı”nın üzvü Ramazan Abdulatipov dağıstanlılara - Azərbaycan vətəndaşlarına müraciət edərək prezident İlham Əliyevə dəstək olmağa çağırıb.

Abdulatipov müraciətində vurğulayıb ki, Rusiyanın tərkib hissəsi kimi Dağıstan Azərbaycanın ən yaxın qonşusudur və məsəldəki kimi “uzaq qohumdan yaxın qonşu yaxşıdır”.

“Bu həqiqətən belədir və tarixən bizim gözəl münasibətlərimiz olub. Azərbaycanda mindən çox dağıstanlı - ləzgi, avar, saxur və başqa dağıstan xalqının nümayəndələri yaşayır. Buna görə də, bizim mehribanlığımız qardaş kimidir” – Dağıstan prezidenti deyib.

Müraciətdə qeyd edilir ki, on ildən çox müddətdir ki Azərbaycana təcrübəli siyasətçi, yalnız həmvətənləri arasında deyil, Rusiya cəmiyyətində böyük nüfuza malik müdrik dövlət xadimi İlham Əliyev rəhbərlik edir.

“İlham Əliyev prezidentliyi dövründə çox şey əldə edib. Azərbaycan iqtisadiyyatı planauyğun inkişaf edir, əhalinin gəlirləri artır. Böyük investisiya layihələri reallaşır, Avropa və dünya energetika siyasətində Azərbaycanın mövqeyi möhkəmlənir” - müraciətdə deyilir.

Abdulatipovun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilədək cəmiyyətin bütün sferalarında yüksək göstəricilərə nail olmağa imkan verən Azərbaycan dövlət inkişafının konsepsiyası hazırlanıb.

“Hörmətli həmyerlilər, Azərbaycan vətəndaşları - dağıstanlılar! Azərbaycan vətəndaşları üçün vacib olan seçkilərdə aktiv iştirak etməyə və Azərbaycanın inkişafına, Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinə zəmanət verən prezident İlham Əliyevə dəstək göstərməyə çağırıram” – Dağıstan prezidenti müraciətində söyləyib.


Teqlər:





Xəbər lenti