Erməni deputatdan Sarkisyana şok sual

Erməni deputatdan Sarkisyana şok sual
  03 Oktyabr 2013    Oxunub:1067
Ermənistanlı deputat AŞPA-nın sessiyasında öz prezidentini kazinoda 70 milyon avro uduzmaqda ittiham etdi.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının üçüncü iş günündə Ermənistan prezidenti Serj Sarkisyanın çıxışından sonra deputatlar ona sualla müraciət edib.

Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvü, “İrs” partiyasını təmsil edən Zaruhi Postanyan prezidentinə belə bir sual verdi: Bu gün burada erməni xalqını təmsil etmirsiniz. Ona görə də ölkədaxili vəziyyətlə bağlı sual vermirəm. Sizin kazino həvəskarı olduğunuz məlumdur. Mənim sualım da bununla bağlıdır. Bu yaxınlarda Avropa kazinolarının birində 70 milyon avro uduzmusunuz. Siz bu pulları necə ödəmisiz? Bu işdə sizə kim kömək edib?

Bu gözlənilməz sualdan özünü itirən Sarkisyan çıxış yolunu faktı inkar etməkdə görərək qadın deputata belə cavab verdi: Mən kazinoda oynamıram. Əgər 70 milyonum olsaydı, onun bir hissəsini sizə verərdim.


Teqlər:  





Xəbər lenti