ABŞ-da terror riski artır

ABŞ-da terror riski artır
  03 Oktyabr 2013    Oxunub:1276
ABŞ-da dövlət müəssisələrinin bağlanması büdcə üzrə kompromis olmadığı üçün terror riskini artıra bilər.
Azvsison.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü senat dinləmələrində senat komitəsinin sədri Dayenn Faynstayn bildirib.

"Konqres özünün ən əsas funksiyalarını yerinə yetirə bilməməsi ilə ölkəmizi terror hücumlarının riskinə məruz qoyur. Bizim dövlət müəssisələrimizin bağlanması düşmənlərimizə edə bildiyimiz ən böyük hədiyyədir", - Faynstayn deyib.

"Biz elədiyimiz milli təhlükəsizliyimizə zərər vurur", - Faynstayn əlavə edib.

Faynstayn milli kəşfiyyatın direktoru Ceyms Klepperlə bir fikirə gəlib ki, mülki qulluqçuların təxminən 70% ödənişsiz məzuniyyətə göndərilib. Klepper əlavə edib ki, o, xarici kəşfiyyatlar tərəfindən xüsusi xidmət orqanları əməkdaşlarının cəlb edilməsindən ehtiyatlanır.


Teqlər:  





Xəbər lenti