Azərbaycanın sədrliyi ilə Suriyaya xəbərdarlıq

Azərbaycanın sədrliyi ilə Suriyaya xəbərdarlıq
  03 Oktyabr 2013    Oxunub:1230
Azərbaycanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurası Suriya hökuməti və rejim əleyhdarlarına sərt xəbərdarlıq edib.
15 üzvlü şura yekdilliklə Suriya hökumətindən müharibədən əziyyət çəkənlərə humanitar yardım daşıyanlara şərait yaradılmasını tələb edib. Azərbaycanın BMT-dəki xüsusi nümayəndəsi Aqşin Mehdiyevin səsləndirdiyi çağırışda Suriyada yaşanan böhran və bu böhranın acı nəticələrinə diqqət çəkilir.

Avstraliya və Lüksemburqun təşəbbüsü ilə qəbul edilən bəyannamədə Suriyada vuruşan tərəflərdən məktəblərin və tibb mərkəzlərinin silahlılardan boşaldılması da tələb olunur. BMT-nin insan haqları üzrə ali komissarı Valeri Amos təhlükəsizlik şurasının toplantısından sonra jurnalistlərə açıqlama verib.

Amos deyir ki, Şurada qəbul olunan çağırışın yeni bir qətnamə layihəsi ilə əvəz olunması üçün əlindən gələni edəcək. Avstraliyanın BMT-dəki daimi nümayəndəsi Qeri Kvinlen isə Suriyada hər 15 saniyədə 1 nəfərin qaçqın düşdüyünü xatırladaraq, beynəlxalq ictimaiyyətin artıq öz sözünü deməli olduğunu vurğulayıb.


Teqlər:





Xəbər lenti