Lavrovla Kerri razılaşdı

Lavrovla Kerri razılaşdı
  07 Oktyabr 2013    Oxunub:1095
Lavrovla Kerri nüvə təhlükəsinin azaldılması haqqında razılaşma imzalayıblar.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin başçıları Sergey Lavrov və Con Kerri Balidə keçirilən Asiya-Sakit okean iqtisadi əməkdaşlığı sammiti çərçivəsində nüvə təhlükəsinin azaldılması haqqında razılıq əldə ediblər.

Sənəd hələ Barak Obamanın Moskvaya planlaşdırılan səfəri ərəfəsində hazırlanmışdı, lakin Amerika tərəfi son anda bu qərardan daşınmışdı. Razılaşmaya əsasən, hər iki tərəf nüvə energetikasında yeni texnologiyalar və tullantılarla təhlükəsiz davranış məsələləri üzrə qarşılıqlı tədbir görəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti