YAP-çı deputat aksiyaya şərh verdi

YAP-çı deputat aksiyaya şərh verdi
  10 Mart 2013    Oxunub:1646
“Bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”. Bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov həmin siyasi partiyaları ölkədə sabitliyi pozmaq üçün xaricdən himayə olunmaqda da ittiham edib: “Bu siyasi qurumlar zaman-zaman xarici himayədarlarının təlimatına uyğun olaraq, Azərbaycanda ictimai asayişin pozulmasına cəhd edirlər. Bugünkü aksiya cəhdi də bunlardan biridir”.
YAP rəsmisi bu aksiyanı həm də “insanların faciəsindən istifadə” adlandırıb: “Çox təəssüf edirəm ki, bəzi insanların qarşılaşdıqları faciə üzərindən öz siyasi və şəxsi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var”.
S. Novruzov deyib ki, aksiya razılaşdırılmadığı üçün qarşısı alınıb: “Bundan sonra da qanunun tələblərini pozan cəhdlərin qarşısı alınmalıdır”.
APA


Teqlər:





Xəbər lenti