Xəzərdə iki zəlzələ

Xəzərdə iki zəlzələ
  11 Mart 2013    Oxunub:1542
Xəzər dənizində iki zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, birinci zəlzələ martın 10-da saat 09.29-da Xəzər dənizində, Qala stansiyasından 120 km şərqdə qeydə alınıb. Maqnitudası 3.50, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

İkinci zəlzələ isə martın 10-da saat 14.41-də Xəzər dənizində, Bakı şəhərindən 139 km şərgdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 4.30, dərinliyi 38 km olub.

Zəlzələ hiss olunmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti