“Əfv fərmanı mayda olacaq”

“Əfv fərmanı mayda olacaq”
  11 Mart 2013    Oxunub:1605
“Mənim şəxsi mülahizəmə görə, mart ayında əfv fərmanı olmayacaq”
AzVision.az-a açıqlamasında bu sözləri hüquq müdafiəçisi Səidə Qocamanlı deyib. Onun sözlərinə görə, təcrübədə iki aydan sonra yeni bir əfv fərmanının verilməsi olmayıb. “Ona görə də, mart ayında əfv fərmanının verilməsi çox böyük sual altındadır”.

Səidə Qocamanlının sözlərinə görə, növbəti əfv fərmanı mayın 10-u üçün Heydər Əliyevin yubileyi ərəfəsində ola bilər.

Hüquq müdafiəçisi qeyd edib ki, onların siyahısında hazırda 13 nəfərin adı var. “Əfv olunanların siyahısı da elə həminki olacaq. Bizim monitorinq qrupunun siyahısında 13 nəfər var. Onlardan Əvəz Zeynallının və Hilal Məmmədovun məhkəməsi davam edir. Amma qalanların - 11 nəfərin azadlığa çıxması üçün biz fəaliyyət göstəririk”-deyə, S.Qocamanlı əlavə edib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, mətbuatda Novruz bayramına qədər əfv fərmanının verilməsi barədə məlumatlar öz əksini tapır.

Xatırladaq ki, sonuncu əfv fərmanı Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin dekabrında imzalanıb.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti