Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı

Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı
  11 Mart 2013    Oxunub:1685
Son 10 il ərzində 15 min 588 Azərbaycan vətəndaşı Türkiyə vətəndaşlığı alıb.
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər​​ 2003-2012-ci illərdə 354 min 16 nəfərin Türkiyə vətəndaşlığından imtina etdiyi və ya çıxarıldığını açıqlayıb.

Nazir xarici dövlətin Türkiyə maraqlarına uyğun gəlməyən xidmətində olduğu üçün 1, döyüş halındakı başqa bir dövlətin xidmətində olduğu üçün 3 , xaricdən dönmədiyi üçün də 5 hərbi vəzifəlinin Türkiyə vətəndaşlığından çıxarıldığını deyib.

O bildirib ki, 10 il ərzində 124 min 647 əcnəbiyə Türkiyə vətəndaşlığı verilib və bunlardan 15 min 588 nəfəri Azərbaycan vətəndaşıdır:
“44 min 40 Bolqarıstan, 15 min 588 Azərbaycan, 7 min 518 Rusiya, 6 min 723 Quzey Kıbrıs, 6 min 335 Əfqanıstan və 3 min 700 Suriya vətəndaşı Türkiyə vətəndaşlığına keçib”.

Nazir qeyd edib ki, 10 il ərzində 354 min 16 nəfər Türkiyə vətəndaşlığından çıxıb ya da çıxarılıb: “Bu şəxslərdən 8 min 244-ü vətəndaşlıqdan çıxarılarkən, 327 min 946 nəfər könüllü vətəndaşlıqdan çıxıb, 17 min 826 nəfər isə vətəndaşlıq haqqını itirib. 2012-ci ildə 39 min 185 əcnəbiyə iş icazəsi, 52 min 538 əcnəbiyə isə təhsilə görə ölkədə yaşama icazəsi verilib”.(apa)


Teqlər:  





Xəbər lenti