Ölən əsgərlərin sayı - STATİSTİKA

Ölən əsgərlərin sayı - STATİSTİKA
  11 Mart 2013    Oxunub:2283
2003-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 646 hərbi qulluqçusunu itirib
AzVision.az-a açıqlamasında bu sözləri “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərənli deyib. O bu günə olan son statistikanı ictimaiyyətə açıqlayıb.

“Azərbaycanda KİV və EİV üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 646 hərbi qulluqçusunu itirib. Onun 175 nəfəri döyüş (147 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 471 nəfəri isə qeyri-döyüş (7 nəfər əməliyyat tədbirləri, 90 nəfər intihar, 83 nəfər qəza, 125 nəfər qeyri-nizamnamə hərəkətləri, 79 nəfər bədbəxt hadisələr, 30 nəfər müəmmalı və naməlum hadisələr, 57 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2011-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 571 nəfərdən çoxdur”.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru 2003-2012-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin də statistikasını verib. O bildirib ki, təxminən 585 nəfəri Müdafiə Nazirliyinin, 31 nəfəri Dövlət Sərhəd Xidmətinin, 20 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 5 nəfəri Milli Təhlükəsizlik Nazirliyinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 1- isə Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları ölüb. “Yaralanan və ya xəsarət alan hərbi qulluqçuların təxminən 522 nəfəri Müdafiə Nazirliyinin, 27 nəfər Dövlət Sərhəd Xidmətinin, 9 nəfəri Daxili Qoşunların, 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin, 2 nəfəri Ədliyyə Nazirliyinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfər Hərbi Prokurorluğun, 3 nəfərsə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır”.

C.Sümərənli qeyd edib ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılan monitorinq nəticəsində ortaya çıxıb. “Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti