İlham Əliyev baş nazirlə görüşdü

İlham Əliyev baş nazirlə görüşdü
  11 Mart 2013    Oxunub:1841
Azərbaycan prezidenti Xorvatiyanın baş naziri ilə görüşüb.
Xorvatiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün baş nazir Zoran Milanoviç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan prezidentinin səfərinin əməkdaşlığımızın gələcək perspektivləri baxımından önəmi vurğulanıb.

Enerji sahəsində yaxşı perspektivlərin olduğunun bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm, qarşılıqlı investisiyaların qoyulması və digər sahələrlə bağlı layihələrin əhəmiyyətindən danışılıb.
Bu səfərin həmin layihələrlə bağlı səmərəli müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması ilə bağlı əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti