Millət vəkili jurnalistlərdən narazı qalıb

Millət vəkili jurnalistlərdən narazı qalıb
  13 Mart 2013    Oxunub:1291
“İbad Hüseynovun əvəzinə bir qulağı sırğalı müğənni albom təqdimatı keçirsəydi, zalda jurnalist əlindən tərpənmək olmayacaqdı”
Millət vəkili Etibar Hüseynov jurnalistlərdən gileylənib. AzVision.az xəbər verir ki, bu haqda deputat “Facebook” sosial şəbəkəsində yazıb.

“Bu gün Azərbaycanın sözün əsl mənasında qəhrəman oglu İbad Hüseynovun dəvətiylə "Atilla" jurnalının və "Xüsusi təyinatli" kitabının təqdimetmə mərasimində iştirak edirdim. Bir məqama görə çox pis təsirləndim. Bu qədər jurnalist və media burulğanından tədbirdə yalniz AzTV iştirak edirdi. Onlar da tələm-tələsik bir-iki kadr çəkib getdilər. Öz-özlüyümdə fikirləşdim. Biz niyə beləyik? Və biz nə vaxt düzələcəyik görəsən? Axı həmin İbad Hüseynovun əvəzinə bir qulağı sırğalı müğənni albom təqdimatı keçirsəydi, indi zalda jurnalist əlindən tərpənmək olmayacaqdı”

AzVision.az



Teqlər:  





Xəbər lenti