Polis müdaxilə etdi, yaralandı

Polis müdaxilə etdi, yaralandı
  13 Mart 2013    Oxunub:1439
Bakıda keçmiş məhkum polisi yaraladı.
Bakının Suraxanı rayonu ərazisində keçmiş məhkum polisi yaralayıb.

Rayon Polis İdarəsindən verilən məlumata görə, Arif Məhərrəmov nalayiq söyüşlər söyərək Əziz Əzizovu təhqir edib. Bu zaman çağırışa gələn polis əməkdaşı Hafiz Səfərova da xəsarət yetirib. A.Məhərrəmov polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.

Onu da əlavə edək ki, A.Məhərrəmov əvvəllər bir neçə dəfə məhkum olunub.(ans)


Teqlər:





Xəbər lenti