TQDK buraxılış imtahanı keçirir

TQDK buraxılış imtahanı keçirir
  13 Mart 2013    Oxunub:1613
Respublikanın 23 şəhər və rayonunda keçiriləcək imtahanlarda 4910 peşə liseyi məzununun iştirakı nəzərdə tutulur
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, TQDK 2013-cü il martın 17-də Respublikanın bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanları keçiriləcək

Peşə liseylərində yekun qiymətləndirmə TQDK tərəfindən ilk dəfə olaraq aparılır.

Respublikanın 23 şəhər və rayonunda keçiriləcək imtahanlarda 4910 peşə liseyi məzununun iştirakı nəzərdə tutulur. Ümumilikdə 29 imtahan mərkəzində baş tutacaq imtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb.

İmtahan bütün binalarda eyni vaxtda, 12:00-da başlanacaq.

Peşə liseylərinin məzunları üçün keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqə"lərini “Şagird-Məzun"sistemi”nə daxil olub çap edirlər.
İmtahan iştirakçıları burada “Yaddaş kitabçasını" da çap edib onunla tanış olmalıdırlar. Həmin kitabçada imtahan prosesi ilə bağlı vacib tövsiyələr, imtahan iştirakçılarının əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

1. İmtahana buraxılış vərəqəsini
2. şəxsiyyəti təsdiq edən sənədin əslini
a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

Buraxılış imtahanları

Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən keçirilir. İmtahan 2 saat müddətində aparılır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunur və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılır. Son 30 dəqiqə ərzində isə imtahan iştirakçıları təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirirlər.

Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınır.

Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.



Teqlər:





Xəbər lenti