İlham Əliyev XİN rəsmisini qəbul edib

İlham Əliyev XİN rəsmisini qəbul edib
  14 Mart 2013    Oxunub:1768
Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Enerji sahəsində əməkdaşlığın önəmi qeyd edilib, BP-nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, ölkələrimizin Avroatlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Teqlər:  





Xəbər lenti