Artur Rasizadə ilə görüşdülər

Artur Rasizadə ilə görüşdülər
  15 Mart 2013    Oxunub:1653
Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
AzVision.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 14-də Bakıda səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, Azərbaycan-Rumıniya münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. İki ölkənin münasibətlərinin inkişafında, xüsusən parlamentlərarası əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edən Baş nazir siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu demiş, iqtisadi əlaqələrin də genişləndirilməsinin vacibliyini vurğulayıb.

Baş nazir Artur Rasi-zadə səfərin qarşılıqlı iqtisadi perspektivlərə töhfə verəcəyinə əminliyini bildirmiş, bu istiqamətdə hökumətlərarası komissiyanın işini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.




Teqlər:  





Xəbər lenti