Jiquli motosikleti vurdu

Jiquli motosikleti vurdu
  16 Mart 2013    Oxunub:1992
Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avision.az Kanal S-ə istinadən xəbər verir ki, Mingəçevir şəhərinin Heydər Əliyev prospekti ilə Xaldan şossesinin kəsişməsində, Bayraq meydanında şəhər avtovağzalının yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 19, mənzil 4-də yaşayan 1954-cü il təvəllüdlü Aydın İsmayıl oğlu İbrahimov idarə etdiyi "VAZ 21 07" markalı 90 GR 467 dövlət qeydiyyat nişanlı avtomobillə "Şərq giriş qapısı"ndan yüksək sürətlə şəhərə doğru hərəkət edən zaman idarəetməni itirib və əks istiqamətdə hərəkət edən Yevlax rayonu Havarlı kənd sakini, 1973-cü il təvəllüdlü İbrahim Tahir oğlu Məmmədovun idarə etdiyi dövlət qeydiyyat nişansız “M” markalı yedəkli motosikleti vurub.

Hadisə nəticəsində motoskletin sürücüsü İbrahim Məmmədov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

"VAZ 21 07" markalı avtomobilin sürücüsü Aydın İbrahimov isə xəsarətlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində zərbədən motosiklet bir neçə yerə parçalanıb, "VAZ 21 07" markalı avtomobilin qabaq hissəsi isə tamamilə yararsız hala düşüb. Faktla bağlı Mingəçevir Şəhər

Prokurorluğunda Cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti