Mehriban Əliyeva Morninqstarla görüşdü

Mehriban Əliyeva Morninqstarla görüşdü
  16 Mart 2013    Oxunub:1801
Birinci xanım UNESCO və İSESCO ilə əməkdaşlığın istiqamətləri barədə danışıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşüb.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva səfirə Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib, beynəlxalq qurumlar, o cümlədən UNESCO və İSESCO ilə əməkdaşlığın istiqamətləri barədə danışıb.

Görüşdə Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmin məktəblərdə qızlar müxtəlif peşələrə yiyələnəcəklər.

Azərbaycanda qadın sahibkarlara dövlət dəstəyi göstərilir, onların cəmiyyətdəki rolunun, ictimai fəaliyyətinin stimullaşdırılmasına xüsusi diqqət göstərildiyi vurğulanıb.

Səfir Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.



Teqlər:  





Xəbər lenti