`ADA` Universitetinin sərəncamı verildi

`ADA` Universitetinin sərəncamı verildi
  13 Yanvar 2014    Oxunub:1513
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev "ADA" Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universiteti yaradılsın.

Nazirlər Kabinetinə bu sərəncamla yaradılmış "ADA" Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; "ADA" Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti