Ombudsmanda işçi qrup yaradıldı

Ombudsmanda  işçi qrup yaradıldı
  16 Mart 2013    Oxunub:1366
Ombudsman Aparatında Biznes və insan hüquqları üzrə İşçi qrupunun ilk toplantısı keçirilib.
Ombudsman Aparatından verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf, Vergilər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Əmək Müfəttişliyinin, Həmkarlar İttifaqı Konfederasiyasının, Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun, Milli QHT Forumunun məsul şəxsləri və digər QHT təmsilçiləri iştirak ediblər.

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Biznes və insan hüquqları üzrə İşçi qrupunun məqsədinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarına hörmət və riayət olunmasının təmin edilməsi, pozuntu hallarının aradan qaldırılması, bu fəaliyyətin inkişafında yeni istiqamətlərin müəyyən olunması, qeyd olunan sahədə dövlət nəzarətinin və məsuliyyətin gücləndirilməsi, 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" ölkə Prezidentinin Sərəncamından irəli gələn müvafiq vəzifələrin icra edilməsi, beynəlxalq hüquq normaları və prinsiplərinin milli qanunvericiliyə tətbiqinin təmin edilməsindən ibarət olduğunu qeyd edib.

Müvəkkil bu sahədə maarifləndirmə işinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, sahibkarlar, işə götürənlər və işçilər, istehlakçılar üçün hüquqi maarifləndirici nəşrlərin, reklam çarxlarının hazırlanmasının və yayılmasının vacibliyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti