Daha bir əsgərimiz vəfat etdi
![Daha bir əsgərimiz vəfat etdi Daha bir əsgərimiz vəfat etdi](https://azvision.az/photos/esger333.jpg)
Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən hərbi xidmətə çağırılan Cəlilabad rayon Şötüklü kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Fikrət oğlu Niftizadə vəfat edib. O, 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb.
Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən E. Niftizadənin vəfat səbəbi hələlik məlum deyil.