Ordumuzun əsgəri güllələndi

Ordumuzun əsgəri güllələndi
  17 Mart 2013    Oxunub:1490
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. O bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir. Qeyd edək ki, C. Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti